İtkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb - Foto
Tarix: 31-05-2021 14:47 | Bölmə: Cəmiyyət
İtkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu məlum olub.

Reyting.az
xəbər verir ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçunun nəşi tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülür.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Qeyd olunub ki, Hərbi Prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparılır:

"Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur. İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır. Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik".


Məmmədağa İmanov

Qeyd edək ki, 2001-ci ildə Neftçala rayonunun Dalğa kəndində anadan anadan olmuş əsgər Məmmədağa İqab oğlu İmanovun nəşi sabah Neftçala şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}