Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişir
Tarix: 01-06-2021 11:06 | Bölmə: Cəmiyyət
Əlilliyin müəyyənləşdirilməsi meyarları dəyişir

Əlilliyin müəyyən edilməsi qaydası dəyişir.

Bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Layihəyə əsasən, şəxsin orqanizminin funksiyalarının itirilməsi faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) gün müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) gün müddətinə uzadılmaqla keçiriləcək.

Qanun layihəsi sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}