23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

Şuşada məktəb tikintisi üçün yığılan pullar geri qaytarılıb
Tarix: 01-06-2021 19:41 | Bölmə: Cəmiyyət

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində məktəb binası tikdirmək təşəbbüsü ilə əlaqədar yığılan ianələr geri qaytarılıb.
Tikintini Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin maliyyələşdirməsi nəzərdə tutulurdu, ona görə də ianələr bu qurumun hesabına köçürülmüşdü.
Novator.az saytı xəbər verir ki, Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin sədri Əhməd İgid Yıldırım mayın 31-i axşam özünün “Tvitter” səhifəsində yaydığı açıqlamada ümumilikdə 1424 nəfərin Şuşada məktəb tikintisi layihəsinə maliyyə yardımı etdiyini söyləyib. O, layihədən imtina olunduğuna görə yığılmış bütün vəsaitlərin geri qaytarıldığını vurğulayıb.
Vəqf sədri bildirib ki, vəsaitlər yardım edən şəxslərin bank hesablarına köçürülüb.
Əhməd İgid Yıldırım “Tvitter” açıqlamasında ianə vermiş şəxslər üçün telefon nömrəsi də yazıb ki, pul köçürmələrinin bank hesablarına oturması prosesində hər hansı ləngimə, texniki problem yaransa, ianəçilər həmin nömrə ilə əlaqə saxlasınlar.
Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin sədri öz açıqlamasını bu sözlərlə bitirb: “Bizə inanaraq bu layihədən dəstəyini və dualarını əsirgəməmiş bütün ülküdaşlarımıza təşəkkür edirəm”.
Milliyyətçi Hərəkat Partiyasının sədr müavini, Böyük Millət Məclisinin deputatı Mövlud Karakaya fevralın 2-də Bakıda prezident İlham Əliyevlə görüşmüşdü. Görüş zamanı o, Şuşa şəhərində mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi təşəbbüsü barədə məlumat vermiş, Azərbaycanın təhsil naziri və digər rəsmi şəxslərlə müzakirə apardığını bildirmişdi. İlham Əliyev təşəbbüsə görə təşəkkür etmiş, bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını demişdi.
Mayın 27-də Türkiyənin milli təhsil naziri Ziya Səlcuqu qəbul edərkən prezident İlham Əliyev həmin məsələyə toxunaraq demişdi: “Bizim ölkəmizdə indi yeni dövr, İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlayıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilərin dağıtdığı məktəbin təməli bu ay qoyulub. Əziz qardaşım, hörmətli cümhur başqanı Rəcəb Teyyub Ərdoğanın səfəri çərçivəsində Türkiyənin təklif etdiyi bir hədiyyə kimi məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıb”.
Lakin mayın 29-da Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı özünün “Tvitter” səhifəsində yaydığı açıqlamada layihədən imtina etdiklərini vurğulayıb. O bildirib ki, Qarabağ zəfərinin ardından, 16 yanvar 2021-ci ildə Azərbaycanın fikir və sənət həyatında özəl yeri olan Şuşada doqquzillik məktəb tikmək niyyətlərini bəyan ediblər, tikintini Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin maliyyələşdirməsi nəzərdə tutulub: “Bu çərçivədə layihə hazırlayıb ictimaiyyətin diqqətinə çatdırmışdıq. Tikmək istədiyimiz məktəbə Azərbaycanın dövlət himninin müəllifi, Şuşada doğulmuş Üzeyir Hacıbəylinin adını verməyi düşünmüşdük. Məktəbin təməlini 30 yanvar 2021-ci ildə qoymaq planımız vardı.
Ancaq Azərbaycan hakimiyyəti bizim layihəmizi uyğun bilməyərək yeni və fərqli məktəb layihəsi hazırlayıb. Əlbəttə, bu, onların təbii haqqıdır və bizim sayğı duymaqdan başqa bir seçimimiz olmaz. Bu baxımdan Milliyyətçi Hərəkat Partiyası Şuşada məktəb tikmək layihəsindən vaz keçib. Layihəmizə dəstək verən qardaşlarımızdan yardım və hədiyyə adı altında toplanan vəsait tezliklə və tam şəkildə geri qaytarılacaq”.
Mayın 30-na keçən gecə AZƏRTAC prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasını yayıb. O qeyd edib ki, mütəxəssislər səviyyəsində məktəb binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub: “Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyil. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunacaq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanacaq”.
Türkiyə parlamentində təmsil olunan Milliyyətçi Hərəkat Partiyası 1969-cu ildə yaradılıb.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı bir çox ərazini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Əsası 1750-ci ildə qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin və Şuşa qəzasının baş şəhəri, Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.
2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri şəhəri düşməndən təmizləyib.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
Bu gün, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Bu gün, 12:53
Sabah yağış yağacaq
Bu gün, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Bu gün, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Bu gün, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
Dünən, 22:53
Qubada güclü sel körpünü dağıdıb
Dünən, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
Dünən, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
Dünən, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
Dünən, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib