23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

09:20 / 08-09-2025

Dünyada yeni virus təhlükəsi: insanlar COVİD-26 və COVİD-32 ilə üz-üzə qala bilər
Tarix: 02-06-2021 11:11 | Bölmə: Cəmiyyət

ABŞ-ın “Vaşinqton Post” qəzeti “Görkəmli alim deyir ki, virusun laboratoriyadan sızması barədə fərziyyə tam tədqiq olunmasa, dünya COVİD-26 və COVİD-32 təhlükəsi ilə üz-üzə qalacaq” başlıqlı məqalə dərc olunub.
Reyting.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, bu həftə Amerikanın görkəmli alimi, Beylor Tibb Kollecinin pediatriya, molekulyar virusologiya və mikrobiologiya üzrə professoru, virusların öyrənilməsi üzrə aparıcı mütəxəssis Piter Hotez əhalinin sağlamlığının təhlükədə olduğunu bildirərək koronavirusun mənşəyinin tam araşdırılmasını tələb edən ekspertlər sırasına qoşulub.
“Biz COVİD-19-un mənşəyini tam şəkildə öyrənənə qədər COVİD-26 və COVİD-32 meydana çıxa bilər”,- professor Piter Hotez “NBC News” kanalının “Meet The Press” proqramına müsahibə verərkən belə deyib.
O bildirib ki, pandemiyanın gələcəkdə təkrarlanmaması üçün virusun yaranma səbəbini öyrənmək olduqca zəruridir.
Yeni araşdırmalar göstərir ki, insanların əksəriyyəti virusun heyvandan insana keçməsi fikrini deyil, məhz Çinin Uhan Virusologiya İnstitutunun laboratoriyasından sızması iddialarını dəstəkləyir.
Ötən həftə ABŞ prezidenti Cozef Bayden virusun mənşəyini öyrənmək üçün 90 günlük araşdırmanın aparılmasına göstəriş verdi. Araşdırmanın başlıca məqsədi virusun insanlara yarasa və ya digər heyvanlardan keçmədiyini və ehtiyatsızlıq nəticəsində Uhan laboratoriyasından sızdığını iddia edənlərin nə qədər haqlı olduğunu üzə çıxarmaqdır.
Ağ ev 600 min amerikalının və dünyada 3 milyon 500 min insanın ölümünə səbəb olmuş virusun necə meydana çıxdığını dərindən öyrənmək istəyir. Buna görə də Mərkəzi Kəşfiyyat İdarəsinə və digər idarələrə daha çox məlumat əldə etmək üçün tapşırıqlar verilib.
Professor Piter Hotez isə kəşfiyyat məlumatlarının təklikdə heç bir səmərə verməyəcəyini bildirir: “Şəxsən mən düşünürəm ki, biz kəşfiyyat işlərini yetərincə dəstəkləmişik. İndi isə infeksiyanın necə yayıldığını araşdırmaq lazımdır”. Professor əlavə edib ki, bunun üçün Hubey vilayətinin Uhan şəhərində 6-12 ay əməliyyat aparılmalı, alimlər geniş nümunələr və digər məhkəmə sübutları toplamalıdırlar.
Virusun laboratoriyadan sızması fikrini əvvəlcə Kapitolidə – ABŞ Konqresinin binasında prezident Donald Tramp və Respublikaçılar Partiyasının bəzi üzvləri irəli sürmüşdü (Donald Tramp 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək ABŞ-ın prezidenti olub). Demokratlar Partiyasının bir çox üzvü və ekspertlərin əksəriyyəti bu fikri təkzib etmişdi. Lakin son günlərdə bu fərziyyə yenidən populyarlaşmağa başlayıb.

Dünya Səhiyyə Təşkilatı bu ilin əvvəlində verdiyi hesabatda virusun laboratoriyadan sızması barədə fərziyyənin həqiqətə uyğun olmadığını qeyd edib. Ekspertlərin əksəriyyəti bu hesabatın çinli alimlərlə birlikdə tərtib edildiyini və inandırıcı olmadığını düşünür.
Bugünlərdə ABŞ-ın “The Wall Street Journal” qəzetində dərc olunmuş məqalədə maraqlı bir məlumat yer alıb. Məlumata görə, ABŞ kəşfiyyat qüvvələrinin əvvəllər işıqlandırılmamış hesabatında Uhandakı laboratoriyanın üç aliminin hələ virus bütün Çinə yayılmazdan əvvəl – 2019-cu ilin noyabrında COVİD-19 infeksiyasının simptomlarına uyğun gələn simptomlarla xəstəxanaya yerləşdirildiyi bildirilib.
Kapitolidə həm demokratlar, həm də respublikaçılar hökuməti bu mövzuda daha dərin araşdırmalar aparmağa çağırıblar.
“Amerika əhalisinin COVİD-19 virusunun necə yarandığını öyrənməyə haqqı çatır”. Bu sözləri senator Coş Houli Senatda ötən həftə virus barədə məlumatların təsnif olunması barədə qanun layihəsi qəbul edilməzdən əvvəl səsləndirib.
Senatın səhiyyə, təhsil, əmək və təqaüdlər üzrə komitəsinin üzvü olan Tim Keyn də bütün sualların cavablandırılmalı olduğunu deyib. Qeyd edək ki, senator Tim Keyn özü də ağır koronavirus xəstəliyi keçirib.
Getdikcə artan maliyyə təzyiqi də bu məsələdə mühüm rol oynamaqdadır. Respublikaçı Maykl Makkol bildirib ki, Çin araşdırmanın aparılması üzrə əməkdaşlıqdan imtina etsə, ABŞ ona qarşı iqtisadi sanksiyalar tətbiq etməlidir.
“Mənim bütün bunlara cavabım təchizat zənciridir. Biz təchizat zəncirimizi regiondan ayırmaq məcburiyyətindəyik” deyən Maykl Makkol tibbi təyinatlı materiallar və yarımkeçirici çiplər də daxil olmaqla müxtəlif sənaye sahələrinin bu zəncirə daxil olduğunu vurğulayıb.
Maykl Makkol Nümayəndələr Palatasının xarici işlər komitəsinin üzvüdür. O, CNN kanalının “State of the Union” proqramında qonaq qismində çıxış edərkən deyib: “Əgər biz bu zəncirləri Çindən ayıra bilsək, bu onlar üçün mənfi iqtisadi nəticələrə yol açacaq və ciddi cəza olacaq”.
Maykl Makkol bu fikirdədir ki, prezident Cozef Bayden araşdırma təşəbbüsünü indi deyil, çoxdan irəli sürməli idi.
Professor Piter Hotez və digər ekspertlər iddia edirlər ki, Çinlə əməkdaşlıq etmədən virusun mənşəyi barədə faktlar toplamaq həddən artıq çətin ola bilər.
Bəzi ekspertlər hələ də COVİD-19-a səbəb olan virusun laboratoriyadan gələ biləcəyinin mümkün olmadığını bildirirlər. Digərləri isə Uhanda qabaqcıl laboratoriyanın mövcud olması və şəhərdə yarasanın nadir hallarda gözə dəyməsi kimi faktları diqqətə çatdırmaqla virusun laboratoriyadan sızması barədə fikirlərin əsaslı ola biləcəyini deyirlər.
ABŞ-ın Qida və Dərman Administrasiyasının sabiq rəhbəri Skot Qotlib bir neçə gün öncə müsahibəsində vurğulayıb ki, Çinin əməkdaşlıqdan imtina etməsi özlüyündə bu fərziyyəni təsdiqləmiş olur.
Skot Qotlib “CBS News” kanalının “Face the Nation” proqramına mühasibə verərkən laboratoriya işçilərinin qan analizlərinin aparılması və virusun ilkin izlərinin aşkarlanmasını nəzərdə tutaraq deyib: “Çin burada mühakimə ediləcək dəlillər təqdim edə bilərdi. Lakin bundan boyun qaçırdı”.
Qotlib bildirib ki, virusun laboratoriyadan sızması faktının təsdiqlənməsi dünyadakı digər bu cür müəssisələr üçün əlavə təhlükəsizlik qərarlarının çıxarılmasına kömək edə bilər: “Virusun laboratoriyadan sızmasının nə qədər mümkün olduğunu öyrənmək çox vacibdir. Ona görə də bu laboratoriyalar ətrafındakı inventarlar, onların həyata keçirdiyi işlər, təhlükəsizlik tədbirləri təkmilləşdirilməli və laboratoriyaların müvafiq qaydalara uyğun inşa edilməsini təmin etmək kimi məsələlərə beynəlxalq səviyyədə diqqət ayrılmalıdır”.
Virusla bağlı araşdırma prezident Cozef Baydenin administrasiyası üçün həssas mövzudur. İndi administrasiya pandemiyanın başlandığı vaxtdan bəri Asiya əsilli amerikalılara qarşı zorakılıq hallarının artması barədə narahatlıqları elmi həqiqətlə ört-basdır etməyə çalışır.
Ağ ev geosiyasi gərginliyin qarşısını almalıdır. Çin ABŞ-ın şəffaflıqla bağlı çağırışına məhəl qoymur.
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Çao Lijian ötən həftə məsələyə münasibət bildirib. O, ABŞ ordusunun Merilenddəki Fort Detrik Tədqiqat Laboratoriyasını nəzərdə tutaraq deyib: “ABŞ-ı nə faktlar, nə həqiqət, nə də virusun mənşəyi barədə ciddi elmi tədqiqatın aparılması maraqlandırır”.
Çinin dövlətə məxsus kütləvi informasiya vasitələri heç bir sübut göstərmədən infeksiyanın mənbəyinin Fort Detrik laboratoriyası ola biləcəyini yazır: “ABŞ-ın yeganə məqsədi günahı başqalarının boynuna atmaq üçün pandemiyadan stiqmatizasiya (damğalama) və siyasi manipulyasiya məqsədilə istifadə etməkdir”.(Mənbə: novator.az)
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
Bu gün, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Bu gün, 12:53
Sabah yağış yağacaq
Bu gün, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Bu gün, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Bu gün, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
Dünən, 22:53
Qubada güclü sel körpünü dağıdıb
Dünən, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
Dünən, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
Dünən, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
Dünən, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib