Blogger canlı yayımda 50 minlik auditoriyanın gözü qarşısında intihar edib
Tarix: 02-06-2021 13:27 | Bölmə: Cəmiyyət
Blogger canlı yayımda 50 minlik auditoriyanın gözü qarşısında intihar edib

Məşhur “Instagram” blogger Anxel Ernandes Qrado sevgilisinə təcavüz etdikdən sonra canlı yayıma qoşulub. O, polis tərəfindən saxlanılarkən isə 50 minlik auditoriyasının gözü qarşısında intihar edib.

Bu barədə “New York Post” xəbər yayıb.

Məlumata görə, gənc sevgilisinin əl-qolunu bağlayaraq onu zorlayıb, sonra isə başından balta ilə vurub. Lakin qız qaça və polisə müraciət edə bilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları canini saxlamağa çalışarkən o, öz maşınında qaçıb və telefonla polislərə silahlı olduğunu deyib.

Polislər tərəfindən mühasirəyə alınan Qrado maşından düşüb, onları təhqir edib, sonra isə özünü vurub. Bloqer xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq