Azərbaycanda vəzifəli şəxslər hava limanında əlbəyaxa olublar
Tarix: 02-06-2021 17:32 | Bölmə: Cəmiyyət
Azərbaycanda vəzifəli şəxslər hava limanında əlbəyaxa olublar

Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

Məlumata görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar.

Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib.

A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.

İnsidentə polis müdaxilə edib.

Hazırda fakt araşdırılır/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq