Daha bir hərbçimiz şəhid olub - Foto
Tarix: 03-06-2021 00:05 | Bölmə: Cəmiyyət
Daha bir hərbçimiz şəhid olub

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

Reyting.az
-ın məlumatına görə, bu barədə APA-ya şəhidin qardaşı məlumat verib.

Göygöl rayonu, Murovdağ qəsəbə sakini, 1999-cu il təvəllüdlü Eldəniz Rabil oğlu Verdiyevin nəşi Murovdağ istiqamətində aşkar edilib.

Şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunacaq.



Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Eldəniz Rabil oğlu Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq