Baş infeksionist: "Bu tendensiya davam edərsə, infeksiya üzərinə ilk qələbəmizi çalacağıq”
Tarix: 03-06-2021 15:11 | Bölmə: Cəmiyyət
Baş infeksionist: "Bu tendensiya davam edərsə, infeksiya üzərinə ilk qələbəmizi çalacağıq”

“Bu gün Azərbaycanda əhali COVID-19 xəstəliyinin ciddiliyinə inanır. Qoyulan qaydalara da ciddi əməl edilir”.

Reyting.az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, qaydalara əməl edilməsi infeksiya və onun yayılmasının səngiməsinə öz töhfəsini verir: “Bu gün ölkədə əhalinin müəyyən hissəsində xəstəliyə qarşı həssaslıq azalıb. Əgər zamanla bu tendensiya davam edərsə, infeksiya üzərinə ilk qələbəmizi çalacağıq”.

Təyyar Eyvazov deyib ki, peyvənd etdirmək üçün fəslin əhəmiyyəti yoxdur: "Sadəcə vətəndaşın istəyi olmalıdır. Hədəfə çatmaq üçün kütləvi vaksinasiya lazımdır. Çox sayda insanda immunitet qazanılması xəstəliyin tez bitməsi üçün əsasdır. Güclü allergik reaksiyası olan şəxslər peyvənd olunmamaq qərarı mütəxəssis verə bilər. Odur ki, allergiyası olan şəxslərin böyük əksəriyyəti peyvənd olunub və ciddi fəsad baş verməyib”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq