Ağsuda taxıl sahələrindəki yanğın söndürülüb
Tarix: 03-06-2021 19:05 | Bölmə: Cəmiyyət
Ağsuda taxıl sahələrindəki yanğın söndürülüb

Ağsunun Musabəyli kəndində də taxıl sahəsində baş verən yanğın söndürülüb.

Məlumata görə, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

***

Ağsuda taxıl sahələrində yanğın başlayıb.

Hadisə rayonun Musabəyli və Qəşəd kəndlərində qeydə alınıb.

Belə ki, rayonun Musabəyli kəndində təqribən yeddi hektar ərazidə biçilməmiş taxıl sahəsində yanğın baş verib.

Hadisə yerinə Kürdəmir və Ağsu Rayon Dövlət yanğından Mühafizə İdarələrinin 5 yanğın söndürən maşınları və canlı qüvvələri cəlb olunub. Musabəyli kəndində hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Qəşəd kəndində isə yanğın yerli sakinlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır/Report.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}