Azərbaycan 220-dən çox rusiyalını vətəninə göndərib
Tarix: 04-06-2021 00:39 | Bölmə: Cəmiyyət
Azərbaycan 220-dən çox rusiyalını vətəninə göndərib

Azərbaycan Rusiya vətəndaşlarının vətənlərinə geri dönməsi istiqamətində növbəti addımı atıb.

Bu barədə Rusiyanın Dağıstan Respublikasının milli siyasət və dini məsələlər naziri Enrik Müslümov məlumat verib.

Onun sözlərinə görə, bu gün 228 Rusiya vətəndaşı “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisindən vətənlərinə dönüblər.

“Ölkəyə qayıdanların hərarəti ölçülüb və onlar barəsində bütün lazımi prosedurlar yerinə yetirilib. Yalnız 15 nəfər Dağıstan sakinidir, onlar bölgədə qaldılar. Digələri Rusiyanın müxtəlif regionlarının sakinidir”,- deyə Müslümov əlavə edib.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}