3 qurum jurnalistlərin minaya düşməsi ilə bağlı məlumat yayıb
Tarix: 04-06-2021 13:26 | Bölmə: Cəmiyyət
3 qurum jurnalistlərin minaya düşməsi ilə bağlı məlumat yayıb

Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Dövlət İnformasiya Agentliyi (“Azərtac”) və Azərbaycan Televiziyası (AzTV) birgə məlumat yayıb.

Reyting.az
xəbər verir ki, məlumatda işğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qruplarının fəaliyyət göstərdiyi bildirilib:

"Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirir.

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}