Baş infeksionist: "Havanın 25 dərəcədən yüksək olması virusun yayılmasının qarşısını almır”
Tarix: 04-06-2021 14:22 | Bölmə: Cəmiyyət
Baş infeksionist: "Havanın 25 dərəcədən yüksək olması virusun yayılmasının qarşısını almır”

“Hətta havanın temperaturunun 25 dərəcədən yüksək olması belə virusun yayılmasının qarşısını almır”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, infeksiyanın yayılmasının əsas səbəblərdən biri insanların yaxın təmasda olmasıdır: “COVID-19-un fəsilliyinin olması barədə dəqiq məlumat yoxdur”.

Baş infeksionist qeyd edib ki, qapalı məkanlarda, havalandırma olmayan yerlərdə bir nəfərin xəstə olması daha çox insanın virusa yoluxmasına səbəb olur. O bildirib ki, qış aylarında insanlar daha çox qapalı yerlərdə olduqların üçün yoluxmalar çox olur: “Yay aylarında isə havalandırma olduğu üçün yoluxanların sayı da az olur”.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}