Ermənistanın çirkləndirdiyi Oxçuçayda vəziyyət ekoloji fəlakət səviyyəsinə çatıb
Tarix: 04-06-2021 15:32 | Bölmə: Cəmiyyət
Ermənistanın çirkləndirdiyi Oxçuçayda vəziyyət ekoloji fəlakət səviyyəsinə çatıb

"İşğaldan azad olunmuş ərazilərdə ötən ildən başlayan monitorinqlərin ilkin nəticələri var".

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji duruma dair mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan azsulu ölkələr siyahısındadır: "İqlim dəyişikliklərinə görə növbəti illərdə su ehtiyatları azalacaq. Azsulu ölkə kimi suları qorumalıyıq və sudan düzgün istifadə etməliyik. İşğaldan azad olunmuş ərazilər su ehtiyatları ilə zəngindir. Növbəti illərdə ora qayıdışla bağlı layihələr işlənməkdədir. İşğal nəticəsində təkcə ətraf mühitə deyil, su resurslarına da böyük ziyan dəyib və bu ziyanlar davam etməkdədir. Ermənistan ərazisindən keçən transsərhəd çaylarda müharibədən sonra aparılan monitorinqlər göstərir ki, bütün çaylarda çirklənmə yüksək dərəcədədir. Çaylar kimyəvi çirkləndiricilərlə çirkləndirilir. Ən çox çirklənməyə məruz qalan Oxçucaydır. Oxcucayda vəziyyət ekoloji fəlakət səviyyəsinə çatıb, burada bioloji müxtəliflik yox olma səviyyəsindədir".

Nazir müavini qeyd edib ki, bununla bağlı analizlər ölkədən kənarda aparılır/APA.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}