Kəlbəcərdə mina partlayışında yaralanan AzTV-nin əməkdaşı evə buraxılıb
Tarix: 05-06-2021 18:02 | Bölmə: Cəmiyyət
Kəlbəcərdə mina partlayışında yaralanan AzTV-nin əməkdaşı evə buraxılıb

İyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək yaralanan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) rejissoru Emin Məmmədov xəstəxanadan evə buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

Bildirib ki, yüngül yaraları var: "Partlayışda həlak olan Məhərrəm İbrahimov və Sirac Abışovun məzarını ziyarət etmək üçün bu gün Bakıya gələcəm".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq