Türk Şurasına üzv dövlətlərin media qurumlarına müraciət edilib
Tarix: 06-06-2021 10:04 | Bölmə: Cəmiyyət
Türk Şurasına üzv dövlətlərin media qurumlarına müraciət edilib

"Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən media nümayəndələrinin tank əlyhinə minaya düşməsi və nəticədə 3 nəfərin həyatını itirməsi Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur və bu dövlətin insani dəyərlərdən uzaq oduğunu bir daha təsdqiləyir".

Reyting.az
xəbər verir ki, bu fikirlər "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin bəyanatında yer alıb.

İctimai Birlik əməkdaşlıq etdiyi Türk Şurasına daxil olan ölkələrin media qurumlarına müraciətində yazıb ki, Kəlbəcərdə baş verən faciənin beynəlxalq aləmə çatdırılmasında köməkliklərini əsirgəməsinlər.

"Təəssüf hissi ilə qeyd edirik ki, bəzi beynəlxalq təşkilatların reaksiyası bu terrora adekvat deyil. Beynəlxalq təşkilatlar Ermənistandan minalamış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verilməsini tələb etmək əvəzində, Azərbaycana media mənsublarını işğaldan azad edilən ərazilərə göndərməməyi tövsiyə edir. Hesab edirik ki, bu da növbəti dəfə ikili standartlar, erməni maraqlarına xidmət etmək deməkdir. Türk Dünyası Media Əməkdaşlıq Alyansı bəzi beynəlxalq təşkilatların bu cür mövqe sərgiləməsini qətiyyətlə pisləyir".

İctimai Birlik bəyan edir ki, erməni diversantların Azərbaycana ərazisinə keçərək bəzi əraziləri minalanmasında Rusiya və onun sülhməramlı missiyası da məsuliyyət daşıyır: "Əgər Rusiya Ermənistana ciddi şəkildə təzyiq göstərsə və ondan 10 noyabr bəyanatına tam olaraq əməl etməyi tələb etsə, o halda Ermənistan bu kimi terror əməllərinə cürət etməz".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq