Oqtay Gülalıyevə niyə əlillik dərəcəsi veriləcək? - Açıqlama
Tarix: 07-06-2021 12:16 | Bölmə: Cəmiyyət
Oqtay Gülalıyevə niyə əlillik dərəcəsi veriləcək? - Açıqlama

Oqtay Gülalıyevə əlillik statusu və müavinətinin verilməsindən imtina edilməsinin səbəbi onun sənədlərinin çox səthi, primitiv və natamam təyin olunması idi.

Bu sözləri Axar.az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova deyib.

O bildirib ki, Oqtay Gülalıyevin əlillik məsələsini Agentlik xüsusi nəzarətə götürüb:

“Bu məsələ dərhal agentlik tərəfindən araşdırılıb və ötən həftədən aktlaşdırılıb. Yəqin ki, bu həftədən ona əlillik dərəcəsi təyin ediləcək”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq