Baş həkim: "Pfizer" vaksinindən fəsad qeydə alınmayıb"
Tarix: 07-06-2021 13:30 | Bölmə: Cəmiyyət
Baş həkim: "Pfizer" vaksinindən fəsad qeydə alınmayıb"

Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında səhər saatlarından indiyədək 12 nəfərə "Pfizer-BioNTech" vaksininin ilk dozası vurulub.

Bunu tibb müəssisəsinin ambulatoriyasının baş həkimi Şahlar Nəsirov bildirib.

Onun sözlərinə görə, qeydiyyatdan keçərək vaksinasiyaya gələn şəxslər ilk olaraq həkim müayinəsindən keçirilib: “Vaksin edilən şəxslərin heç birində fəsad qeydə alınmayıb və onlar peyvənddən sonrakı 15 dəqiqə ərzində nəzarətdə saxlanılıb. Hər kəsi peyvənd olunmağa dəvət edirəm”.

Qeyd edək ki, Azərbaycana 218 min doza “Pfizer” peyvəndi gətirilib və bu gündən istifadəsinə başlanılıb. Peyvəndi Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası ilə yanaşı, Bakı Sağlamlıq Mərkəzində vurdurmaq mümkündür.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq