Kollec tələbələrinin hüquq və vəzifələri artırılıb
Tarix: 07-06-2021 16:57 | Bölmə: Cəmiyyət
Kollec tələbələrinin hüquq və vəzifələri artırılıb

“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, qərara əsasən, tələbələrin hüquq və vəzifələri artırılıb.

Qərara əsasən, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.

Həmçinin təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.

Qeyd edək ki, bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq