Qubadlıda 2 ton çətənə kolu, Xocavənddə silah-sursat aşkarlanıb
Tarix: 08-06-2021 10:09 | Bölmə: Cəmiyyət
Qubadlıda 2 ton çətənə kolu, Xocavənddə silah-sursat aşkarlanıb

Qubadlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar ediblər.

Tədbir zamanı rayonun Bəxtiyarlı kəndi ərazisində çəkisi 2 ton 200 kiloqram olan 4007 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Digər bir əməliyyat işğaldan azad edilmiş ərazilərdə silah-sursatların aşkar edilməsi ilə bağlı olub.

Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi növbəti tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd “İqla” zenit-raket kompleksi, 15 ədəd raket və 97 ədəd minaatan mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Reyting.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat daxil olub.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq