Vəkillər Kollegiyasına 3500 kv.m sahəsi olan bina ayrılıb
Tarix: 08-06-2021 13:36 | Bölmə: Cəmiyyət
Vəkillər Kollegiyasına 3500 kv.m sahəsi olan bina ayrılıb

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli, 335 s saylı sərəncamı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə Bakı şəhərində ümumi sahəsi təxminən 3500 kv.m olan bina ayrılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

Anar Bağırov sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan Respublikası prezidentinin 2005-ci və 2018-ci illərdə vəkilliyin güclənməsi naminə müvafiq sərəncamlarında Vəkillər Kollegiyası üçün Bakı şəhərində bina ilə bağlı Nazirlər Kabinetinə verdiyi tapşırıqların icra olunduğunu qeyd edib: “Xüsusilə mürəkkəb bir məsələ idi, çox xoşbəxtəm ki, sədr seçildiyim gündən etibarən rast gəldiyim ən çətin problemlərdən biri həllini tapdı. İnanıram ki, tezliklə müasir və modern "Vəkil Evi" vəkillərimizin istifadəsinə veriləcək”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq