07:51 / 15-07-2025
Tatarıstana dron hücumu...
Qadın həkimi döyən "müharibə əlili"nə cinayət işi açılıb
Tarix: 08-06-2021 15:33 | Bölmə: Cəmiyyət
Qadın həkimi döyən "müharibə əlili"nə cinayət işi açılıb

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb.

DİN-in Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.

İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.

Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər