“Azər-Türk Med” klinikasının həkiminə cinayət işi açılıb - Xəstə ölümünə görə
Tarix: 08-06-2021 17:57 | Bölmə: Cəmiyyət
“Azər-Türk Med” klinikasının həkiminə cinayət işi açılıb - Xəstə ölümünə görə

Mayın 11-də Arzu Süleymanovanın “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq