9-cu siniflər buraxılış imtahanı: 4 nəfər zala buraxılmayıb
Tarix: 09-06-2021 14:35 | Bölmə: Cəmiyyət
9-cu siniflər buraxılış imtahanı: 4 nəfər zala buraxılmayıb

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.

DİM-dən Reyting.az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 4 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq