Dünyanın ən yaxşı ali məktəbləri açıqlanıb - Siyahı
Tarix: 09-06-2021 17:21 | Bölmə: Cəmiyyət
Dünyanın ən yaxşı ali məktəbləri açıqlanıb

Böyük Britaniyanın “Quacquarelli Symonds” məsləhət şirkəti ali məktəblərin reytinqini açıqlayıb. Reyting.az xəbər verir ki, meyarlar ali məktəbin akademik nüfuzu, işəgötürənlər arasında nüfuzu, ali məktəbə istinad səviyyəsi, onun tələbələrinin və müəllimlərinin nisbəti, beynəlxalq əməkdaşlarının və xarici tələbələrinin sayıdır.

Siyahıda Azərbaycanın iki ali məktəbi var: həm Xəzər Universiteti (1991-ci ildə yaradılıb), həm də Bakı Dövlət Universiteti (1919-cu ildə yaradılıb) 1001-1200-ci yerlər arasında göstərilir.

Ən yaxşı ali məktəblər siyahısına Massaçusets Texnologiya İnstitutu başçılıq edir.

İkinci yerdə Oksford Universiteti gəlir, üçüncü yeri Stenford Universiteti və Kembric Universiteti bölüşürlər.

İlk onluqda həmçinin Harvard Universiteti, Kaliforniya Texnologiya İnstitutu, London Kollec Universiteti, İsveçrə Federal Texnologiya İnstitutu, London İmperiya Kolleci, Çikaqo Universiteti var.(Novator.az)

Ali məktəblərin siyahısı ilə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:

My Webpage




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq