Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə çağırış edib
Tarix: 10-06-2021 08:57 | Bölmə: Cəmiyyət
Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə çağırış edib

Bakı şəhər və rayonlarının icra hakimiyyətləri paytaxt ərazisindəki küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif gül-çiçəklərlə bəzədilmiş dibçəklər yerləşdirir.

Reyting.az
xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və paytaxt rayonlarının icra hakimiyyətləri sakinlərə müraciət edərək bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırır.

Qeyd edək ki, bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər yaşadıqları binaların eyvanlarını müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər. Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə, güllər daha yaxşı inkişaf edərək əraziyə gözəllik verəcəkdir.

Artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanmasına başlayıblar.











Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq