Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub
Tarix: 11-06-2021 15:44 | Bölmə: Cəmiyyət
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Reyting.az-a bildirir ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

İmtahanın adı Keçirilmə tarixi

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi;

- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

1 iyul

2. Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:

III ixtisas qrupu

14 iyul

II və IV ixtisas qrupları

15 iyul

I ixtisas qrupu

27 – 28 iyul.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq