Nazirlik AVRO-2020 ilə bağlı gücləndirilmiş iş rejimində işləyəcək
Tarix: 11-06-2021 17:34 | Bölmə: Cəmiyyət
Nazirlik AVRO-2020 ilə bağlı gücləndirilmiş iş rejimində işləyəcək

Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2020) ərəfəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) üzərinə düşən öhdəlikləri icra edib, müvafiq test işlərini yekunlaşdırılıb.

Reyting.az
nazirliyə istinadla xəbər verir ki, artıq oyunlar zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb. Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə nəqliyyat planı hazırlanıb. Eyni zamanda nazirliyə məxsus “Bakı Taksi Xidməti" MMC tələbata uyğun olaraq taksi xidməti təşkil edəcək.

Oyun günlərində müvafiq öhdəliklərin icrası nəzarətdə saxlanılacaq.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq