İtkin düşən gəncin meyiti çayda tapılıb
Tarix: 12-06-2021 17:52 | Bölmə: Cəmiyyət
İtkin düşən gəncin meyiti çayda tapılıb

Qax rayonunda bir-neçə gün əvvəl itkin düşən 26 yaşlı gəncin meyiti çayda tapılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elman Loğman oğlu Hüseynovun meyiti İlisu kəndi ərazisindən keçən Kürmük çayında tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, E. Hüseynov bir neçə gün əvvəl ailə üzvləri ilə birlikdə İlisu kənd inzibati ərazisində dağlıq ərazidə yerləşən İlisu hamamına gediblər. Həmin vaxt isə ərazidə qeyri-sabit hava şəraiti olub, dağlara yağan güclü leysan yağışı səbəbindən Kürmük çayında qısa müddətli sel keçib. Ehtimala görə, E. Hüseynov çaya düşərək boğularaq ölüb. E. Hüseynovun meyiti çaydan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq