ÜST rəhbəri koronavirusun mənşəyi barədə məlumatı şərh edib
Tarix: 13-06-2021 09:52 | Bölmə: Cəmiyyət
ÜST rəhbəri koronavirusun mənşəyi barədə məlumatı şərh edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus koronavirusun süni, laboratoriya mənşəyi barədə məlumatı şərh edib.

“Daily Mail”in məlumatına görə, ÜST rəhbəri G7 liderlərinin sammitində deyib:

“Düşünürəm ki, insanlar bu virusun haradan gəldiyini öyrənməlidirlər. Onların buna haqqı var. Bu bizə gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün lazımdır”.

Onun sözlərinə görə, SARS-CoV-2-nin mənşəyi ilə bağlı istintaqın ilkin mərhələlərində Çin kifayət qədər “şəffaflıq və əməkdaşlıq” göstərməyib. Baş direktor hər bir fərziyyənin nəzərə alınmalı olduğunu deyib.

ÜST rəhbəri qeyd edib ki, xüsusilə işlənilməmiş məlumatların mübadiləsi ilə bağlı çətinliklər var idi... O, ümid edirik ki, növbəti mərhələdə əməkdaşlıq daha yaxşı təşkil olunacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq