Yasamalda süni göldə azyaşlı batıb - Yenilənib
Tarix: 13-06-2021 18:12 | Bölmə: Cəmiyyət
Yasamalda süni göldə azyaşlı batıb

FHN-nin məlumatına görə, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun axtarışları başa çatıb.

E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə 1 azyaşlının batması barədə məlumat daxil olub.

Reyting.az
FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq