Kürdə batan iki yeniyetmənin meyiti tapılıb
Tarix: 14-06-2021 12:45 | Bölmə: Cəmiyyət
Kürdə batan iki yeniyetmənin meyiti tapılıb

Şəmkir rayonu ərazisində Kürdə batan 2 yeniyetmənin meyiti tapılıb.

Reyting.az
-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlunun və 2005-ci il təvəllüdlü Yusif Araz oğlu Məmmədovun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, dünən FHN-nin "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdu.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq