60 mindən çox şəxs müəllim işləmək üçün müraciət edib
Tarix: 14-06-2021 17:00 | Bölmə: Cəmiyyət
60 mindən çox şəxs müəllim işləmək üçün müraciət edib

2021-2022-ci tədris ili üzrə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Nazirliyin məlumatına görə, 4-11 iyun tarixlərini əhatə edən elektron sənəd qəbulu zamanı 62 242 namizəd qeydiyyatdan keçib. Miq.edu.az saytı vasitəsilə həyata keçirilən qeydiyyatda 60 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.

Qeyd edək ki, namizədlərin elektron ərizəsi yoxlanıldıqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq