Səhiyyədə struktur dəyişikliyi - Həkimlər ixtisar olunacaq?
Tarix: 16-06-2021 16:19 | Bölmə: Cəmiyyət
Səhiyyədə struktur dəyişikliyi - Həkimlər ixtisar olunacaq?

“Struktur dəyişikliyi aparılmasına baxmayaraq, heç bir ixtisar olmayacaq”.

Reyting.az
xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Tibb müəssisələrində struktur dəyişikliyi” mövzusunda çıxışında deyib. O bildirib ki, hər hansı ixtisardan söz gedə bilməz:

“Xəstəxanalarda ixtisarlar gözlənilmir”.

Onun sözlərinə görə, ilkin səhiyyə xidməti dar ixtisas həkimlərindən ayrılır:

“Bu prosesə Nərimanov rayonunda başlanılıb. Bir rayondan başlamışıq ki, xaos yaranmasın. İlkin səhiyyə xidməti göstərən sahə pediatrları, sahə terapevtləri və qadın məsləhətxana həkimləri ilkin səhiyyə xidməti tibb mərkəzinin tabeliyində qalacaqlar. Poliklinikalar mövcud ərazi üzrə formalaşacaq. Elə formalaşmalıdır ki, sahə prinsipi ilə fəaliyyət göstərən ailə həkimi vətəndaşa ən yaxın məsafədə yerləşsin. Nəticədə hətta ictimai nəqliyyatdan istifadə etmədən o öz həkiminə çata bilsin.

Digər dar ixtisaslar rayonda müəyyən poliklinikalarda cəmləşəcəklər. Həmin poliklinikalar da rayon tibb mərkəzlərinin tabeliyinə veriləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}