Daha 7 nəfərin əlilliyi ləğv edilib
Tarix: 17-06-2021 14:59 | Bölmə: Cəmiyyət
Daha 7 nəfərin əlilliyi ləğv edilib

Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 24 şəxsin əyani müayinəsi aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 13-nə əlillik təyin olunmasına dair qərar qəbul olunub. Qalan şəxslərdən 7-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi, 3-nün tam reabilitasiya olunduğu müəyyən edilib, 1-nə isə səhiyyə müəssisəsində yenidən müayinə olunması üçün göndəriş tərtib edilib.

Qiymətləndirmə prosesində şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Budəfəki əyani müayinədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə iştirak edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}