5345 müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul olub
Tarix: 17-06-2021 15:05 | Bölmə: Cəmiyyət
5345 müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul olub

Ötən tədris ilində 5 345 müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul hüququ qazanıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2020-2021-ci tədris ili üzrə 8899 namizəd ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunub. Namizədlər üçün təşkil olunan onlayn müsahibələrdə 5345 nəfər uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}