FHN əhaliyə xəbərdarlıq edib - Təhlükə var
Tarix: 17-06-2021 15:55 | Bölmə: Cəmiyyət
FHN əhaliyə xəbərdarlıq edib - Təhlükə var

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) güclü külək əsəcəyi ilə bağlı əhaliyə müraciət edib.

FHN-nin müraciətində bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN əhaliyə tövsiyə edir ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün müvafiq qaydalara ciddi əməl etsinlər:

"Xüsusilə, bu mövsümdə insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}