Yağış yağacaq, dolu düşəcək, güclü külək olacaq - Daha bir xəbərdarlıq
Tarix: 17-06-2021 17:11 | Bölmə: Cəmiyyət
Yağış yağacaq, dolu düşəcək, güclü külək olacaq - Daha bir xəbərdarlıq

İyunun 18-dən 19-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, arabir 23 m/s, iyunun 18-i səhər yarımadanın bəzi yerlərində arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, iyunun 18-də Azərbaycanın bəzi rayonlarında qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi, bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}