Mədət Quliyev direktoru vəzifədən çıxarıb - Təyinatlar
Tarix: 17-06-2021 18:01 | Bölmə: Cəmiyyət
Mədət Quliyev direktoru vəzifədən çıxarıb

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktoru Fərhad Cəfərquliyev vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, zavoda rəhbərlik Rasim Gözəlova həvalə olunub.

O, bundan əvvəl nazirliyə məxsus “Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi” MMC-nin direktoru olub. R. Gözəlovun yerinə Maarif Bağırov gətirilib.

Yeni direktor paralel olaraq Azərbaycan Aşihara Karate Federasiyasının prezidenti kimi fəaliyyət göstərir, yaxın vaxtlara qədər isə nazirliyə məxsus “Xaçmaz Kondensator Zavodu” MMC-nin direktoru olub. Hazırda bu zavoda Sübhan Süleymanov rəhbərlik edir.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq