Qarabağda daha üç erməni hərbçinin qalıqları tapılıb
Tarix: 17-06-2021 18:17 | Bölmə: Cəmiyyət
Qarabağda daha üç erməni hərbçinin qalıqları tapılıb

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə aparılan axtarışlar nəticəsində bu gün daha üç erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

“Sputnik Armenia”nın məlumata görə, qalıqlar Xocavənd rayonu ərazisində aşkarlanıb.

Qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub.

Meyiti tapılanların kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1 579 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}