Zakir Həsənov Latviyanın NATO-nun PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb
Tarix: 17-06-2021 18:43 | Bölmə: Cəmiyyət
Zakir Həsənov Latviyanın NATO-nun PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb

İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis ilə görüşüb.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, görüşdə Müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları çərçivəsində, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.

Öz növbəsində R.Berqmanis ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını qeyd edərək Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}