17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Siyəzəndəki yanğın söndürülüb
Tarix: 18-06-2021 09:01 | Bölmə: Cəmiyyət
Siyəzəndəki yanğın söndürülüb

Siyəzən rayonunun Məşrif, Sədan, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında (ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) baş verən yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

FHN-nin ilkin məlumatına görə, Məşrif kəndində bələdiyyəyə məxsus ərazidə 20 ha biçilməmiş, 5 ha biçilmiş taxıl sahəsi və dağlıq ərazidə 45 ha sahədə kolluq yanıb.

Digər ərazilərdə ümumilikdə, təqribən 10 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı meşə ərazisi, əkin sahələri və infrastrukturlar yanğından mühafizə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}