Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb - Yenilənib
Tarix: 18-06-2021 11:16 | Bölmə: Cəmiyyət
Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb

Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb.

Məlumata görə, 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündən tapılıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Reyting.az
xəbər verir ki, Azərbaycan Ordusunun zabiti, kapitan İlham Fərzəliyev dünən Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiqləyiblər.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}