8 min vakant müəllim vəzifəsini tutmaq üçün 60 mindən çox namizəd var
Tarix: 18-06-2021 10:33 | Bölmə: Cəmiyyət
8 min vakant müəllim vəzifəsini tutmaq üçün 60 mindən çox namizəd var

“Bu gün 60 mindən çox namizəd müəllim olmaq üçün qeydiyyatda keçib. Bundan təxminən 8000-ə yaxın vakant yer üçün müəllim seçmək rəqabətlilik deməkdir. Rəqabət olan yerdə də inkişaf olur”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Bakı şəhəri üzrə rəqabət olduqca yüksəkdir və bu, təbiidir: “Seçim kriteriyaları daha çox məktəb və gələcək reallıqların istiqamətinə yönəldilməlidir. Bu il pandemiya ilə əlaqəli çox dəyişikliklər edilmədi və yeniliklərə meyil olunmadı. Çalışırıq ki, seçim zamanı rəqabəti təmin edək. Zaman keçdikcə sualların məzmunu və əhatəliyi artır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}