18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident "Dövlət Proqramı”nı təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
12:39 / 17-09-2025
Deputat: “Güzəşt müddəti uzadılsın”
12:35 / 17-09-2025
Oğruların 15 milyon tələb etdiyi biznesmen xilas edilib
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:29 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

Milli Məclisdə əlilliyin müəyyən olunması meyarları müzakirə olunub
Tarix: 18-06-2021 18:15 | Bölmə: Cəmiyyət

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında 11 məsələyə baxılıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a verilən məlumata görə, əsasən əlilliyin təyinatında yeni meyarlara keçid və əmək pensiyaları ilə əlaqədar olan qanun layihələrinin müzakirəsində Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis Sədrinin müavini Adil Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin 8 komitəsinin sədrləri və müavinləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təmsilçiləri iştirak ediblər.
Öncə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəlikdəki məsələlər barədə məlumat verib. Üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh edib, plenar iclasda ikinci oxunuş zamanı deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.
Sonra iclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev təmsil etdiyi nazirliyin tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində həyata keçirdiyi islahatlardan danışıb. Bildirib ki, əlillik təyinatlarında sosial ədalət, ünvanlılıq və şəffaflığın təmin olunması, haqqı çatan şəxslərin əlillik statusunun düzgün təmin edilməsi, saxta əlillik təyinatının qarşısının alınması vacib sayılır.
Deputatların nəzərinə çatdırılıb ki, son 3 ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul edilib və onun tətbiqi ilə bağlı 18 normativ hüquqi akt hazırlanaraq təsdiqlənib. Beynəlxalq təşkilatlar və ekspertlərlə birlikdə “Əlilliyin müəyyən olunması meyarları” işlənib hazırlanıb. Yeni meyarların tətbiqi ilə əlaqədar 11 Məcəllə, 50 qanun daxil olmaqla ümumilikdə 100-ə yaxın normativ hüquqi akta dəyişiklik paketi hazırlanaraq təqdim edilib.
Qeyd olunub ki, hazırda əlillik şəxsin kimliyi və səhiyyə müəssisəsi barədə məlumatların kodlaşdırıldığı 88 saylı forma üzrə göndərişlər əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bölmələri tərəfindən qiymətləndirilir. Əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər kimi geridönməz hallarda şəxsin əlilliyi ömürlük müəyyən olunur və onun təkrar müayinəsinə ehtiyac qalmır. Göndərişlər natamam tərtib olunduğu, həmçinin əlillik təyinatına əsas vermədiyi hallarda isə təyinatdan imtina edilir.
Nazir müavini bildirib ki, əlilliyin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə struktur dəyişiklikləri aparılıb və müxtəlif xəstəliklər üzrə yeni 5 ixtisaslaşdırılmış TSEK, 20 regional TSEK yaradılıb. Əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş əməkdaşlar barəsində intizam tənbeh tədbirləri görülüb. 88 saylı forma üzrə göndərişlərdə saxtalaşdırma faktları aşkarlandığına görə 266 nəfərə dair məlumatlar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.
Vətən müharibəsi ilə bağlı görülmüş işlər barədə də deputatlara geniş məlumat verən Anar Əliyev bildirib ki, müzakirəyə təqdim olunan qanun layihələri qəbul edildikdən sonra Nazirlər Kabineti tərəfindən yeni “Əlilliyin müəyyən olunması meyarları” təsdiq ediləcək. Əlillik orqanizmin funksiyalarının pozulması faizinə əsasən müəyyənləşdiriləcək. Bu isə nəticə etibarı ilə əlillik təyinatlarında beynəlxalq təcrübənin və standartların tətbiqinə, xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə səbəb olacaq.
Komitə iclasında qanun layihəsi ətrafında müzakirələrdə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis Sədrinin müavini Adil Əliyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Vahid Əhmədov, Aqil Abbas, Fəzail Ağamalı, Əli Məsimli, Məlahət İbrahimqızı çıxış edərək bir sıra mühüm məqamlara diqqət yönəldiblər. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deputatların suallarını cavablandırıb.
Sonra komitə sədri Musa Quliyev bildirib ki, gündəlikdəki növbəti 6 qanun layihəsindəki (üçüncü oxunuş) dəyişikliklər də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda edilən dəyişikliklərlə əlaqədar olub uyğunlaşdırma xarakteri daşıyır.
Fikir mübadiləsindən sonra komitə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş); “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş); Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş); “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Onkoloji yardım haqqında”, “Sosial xidmət haqqında”, “Mədəniyyət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi (üçüncü oxunuş); “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş); “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında”, “İcbari sığortalar haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş) və “Dövlət qulluğu haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə edib.
Komitə iclasında gündəlikdəki növbəti 4 məsələ barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ətraflı məlumat verib. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş), “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş), “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini və “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) şərh edib.
Müzakirələrdə deputatlar Vüqar Bayramov, Jalə Əliyeva, Soltan Məmmədov, Arzu Nağıyev, Sevinc Hüseynova, Əziz Ələkbərov, Məlahət İbrahimqızı rəy və təkliflərini bildiriblər.
Əmək və sosial siyasət komitəsində baxılan bütün qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:02
Bakı metrosunda iş rejimi uzadılıb
Bu gün, 15:30
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
Bu gün, 13:44
"Azərpoçt"un adından saxta mesajlar yayılır
Bu gün, 12:47
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
Bu gün, 12:35
Oğruların 15 milyon tələb etdiyi biznesmen xilas edilib
Bu gün, 12:18
Daşkəsən sakini 12 kq narkotiklə tutulub
Dünən, 21:03
Sumqayıtda yaşayış binasında yanğın olub
Dünən, 17:08
Sabah leysan yağacaq - Xəbərdarlıq
Dünən, 16:35
Zaqatala sakini bağında döyülüb
Dünən, 13:27
Sabah yağış yağacaq
Dünən, 12:39
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
Dünən, 09:49
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
Dünən, 09:40
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
Dünən, 08:06
Dini liderlər Astanada toplaşıb
15-09-2025, 16:52
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
15-09-2025, 16:39
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
15-09-2025, 15:00
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
15-09-2025, 13:13
Masazırda 57 yaşlı kişini "tok" vurub
15-09-2025, 12:58
Sabah yağış yağacaq - Proqnoz
15-09-2025, 10:28
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
15-09-2025, 09:14
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
15-09-2025, 08:13
Çində uçan naməlum obyekt vurulub?
14-09-2025, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb