23:50 / 15-07-2025
Şahin Şıxlinskinin oğlu saxlanılıb
20:13 / 15-07-2025
Sabir Rüstəmxanlı: "Tüpürüm sənin menecerinə də..."
18:44 / 15-07-2025
Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)
18:03 / 15-07-2025
Azərbaycan "OPEC+" kvotasından gündəlik 87 min barel geri qalıb
17:57 / 15-07-2025
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə keçirilib - (Yenilənib)
17:48 / 15-07-2025
Keçmiş futbolçu AFFA-da şöbə rəisi təyin olunub
17:37 / 15-07-2025
Əraqçi: 120-dən çox ölkə İrana hücumları pisləyib
17:35 / 15-07-2025
Bakda Avropa Kuboku keçiriləcək
16:53 / 15-07-2025
Ukraynanın baş naziri istefa verib
16:33 / 15-07-2025
Avropanı genişmiqyaslı müharibəyə hazırlaşmağa çağırırlar
16:19 / 15-07-2025
"Neftçi” Venesuela millisinin yarımmüdafiəçisi ilə anlaşıb
16:18 / 15-07-2025
İki dövlət qurumu Şamaxıda birgə konfrans keçirir - Foto
15:44 / 15-07-2025
UEFA Azərbaycanın 9 klubuna pul köçürüb
15:25 / 15-07-2025
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
15:13 / 15-07-2025
Şəxsi məlumatları xarici kiberbunkerlərə ötürən dələduz haker saxlanılıb
14:49 / 15-07-2025
Kamran Əliyev daha iki prokurorla bağlı əmr imzalayıb
14:21 / 15-07-2025
Cəlilabadda meşəlik ərazidə yanğın başlayıb
14:20 / 15-07-2025
Avropa Rusiyanın 245 milyard dollarını Ukrayna üçün xərcləmək istəyir
14:16 / 15-07-2025
Afaq Bəşirqızı: "Xalq artisti adını sənə bibin, dayın, əmin verdirə bilər, amma..."
13:52 / 15-07-2025
Kamran Əliyevi iki prokuror təyin edib
13:47 / 15-07-2025
Rusiyanın NATO-ya hücum planı var
13:46 / 15-07-2025
Sabahın hava proqnozu açıqlanıb
13:34 / 15-07-2025
Medvedev: Avropa məyus olsa da, Rusiyanın vecinə deyil
13:28 / 15-07-2025
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bir sıra sənədlər təsdiqlənib
13:18 / 15-07-2025
Bolqarıstan Avrozonaya qəbul olunub
13:04 / 15-07-2025
İsrail ordusu xüsusi təyinatlıların düşərgələrinə hücum edib
12:41 / 15-07-2025
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulun nəticələri elan olunub
12:35 / 15-07-2025
Bakıda şəhidin adını daşıyan küçənin sakinləri imdad diləyir - Fotolar
12:29 / 15-07-2025
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
00:11 / 11-07-2025

14:26 / 14-07-2025

13:38 / 11-07-2025

12:27 / 12-07-2025

14:09 / 11-07-2025

13:51 / 11-07-2025

12:34 / 11-07-2025

15:19 / 12-07-2025

06:13 / 13-07-2025

14:30 / 14-07-2025

08:34 / 11-07-2025

08:03 / 11-07-2025

Nazirlik rəsmisi: "Başa düşə bilmirəm ki, insanlar vaksinasiyadan niyə qorxur?"
Tarix: 22-06-2021 12:08 | Bölmə: Cəmiyyət

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov COVID-19 virusunun insan psixologiyasına təsiri barədə danışıb.
Reyting.az müsahibəni təqdim edir:
- COVID-19 virusunun insan psixologiyasına təsiri necədir?
- Təbii ki, COVID-19 pandemiyası sağlam insanların psixikasına həddən artıq neqativ təsir göstərib. Pandemiyanın bu neqativ təsiri bəzi hallarda, məsələn COVID-19 xəstəliyini ağır keçirmiş və ya yaxınını itirmiş şəxslərdə bilavasitə müşahidə olunub. Digər hallarda isə dolayı yolla, iqtisadi və sosial problemlərlə, həmçinin çox sayda insanların həyat tərzinin dəyişməsi nəticəsində baş verib. Bu psixoloji nəticələrin bir çoxu pandemiya bitdikdən sonra da uzun müddət davam edir. Məsələn, müəllimlərin çoxu ilə müsahibə zamanı onlar onlayn təhsilə keçdikdən sonra şagirdlərin müvəffəqiyyətinin və dərslərə münasibətinin pisləşdiyini qeyd edirdi. Buraya həmçinin uzunmüddətli psixoloji nəticələri ola biləcək dərnək, kurs, idman seksiyalarının ilyarım müddətinə bağlanması da aid edilə bilər. Prinsipcə, neqativ təsirlər haqqında çox yazılıb. Buna görə də, nə qədər paradoksal səslənsə də, mən bir neçə müsbət aspekti qeyd etmək istərdim. Birincisi, bir çox insanlarda dəyərlər sistemi dəyişib. Xüsusilə, ailə və dost münasibətlərinin əhəmiyyəti artıb və eyni zamanda düşünülməmiş istehlak və göstərişlə bağlı davranışların sayı azalıb. İkincisi, insanların psixologiyasında sağlamlıq və təhsillə bağlı məsələlər üstünlük təşkil etməyə başladı. Nəhayət, cəmiyyətin psixoloji resursları və infeksion xəstəliklər, gigiyenik normalara riayət hallarının sayı artdı. Yadınızdadırsa, ilk əvvəldə COVID-19 haqqında çox sayda əsassız fikirlər yaranmışdı, bir çoxu pandemiyaya ümumiyyətlə inanmırdı. İndi isə, praktik olaraq hər kəs bu məsələdə “mütəxəssis” olub.
- COVID-19 pandemiyasının səbəb olduğu hansı psixoloji problemlər daha çox özünü büruzə verib?
- Əhalinin müxtəlif qrupları fərqli psixoloji problemlər yaşayır. Məsələn, COVID-19 səbəbindən həyatını itirmiş şəxslərin qohumlarında çox zaman uzunmüddətli depressiya qeydə alınır. COVID-19 ağır keçirmiş şəxslərdə posttravmatik stress pozuntusu yarana bilər. Koronavirus xəstəxanalarının ağır şərtlərində çalışan bir çox həkim və tibb işçilərində “peşə tükənməsi sindromu” müşahidə edilə bilər. Ağır fiziki xəstəliyi olan və yaşlı şəxslərdə çox halda təşvişli-fobiya pozuntusu qeydə alınır. Psixi pozuntusu olan şəxslərdə simptomların ağırlaşması baş verə bilər. İşsiz qalmış və uzun müddət karantində olan şəxslərdə adaptasiya pozuntusu yaranır. Bir neçə gün öncə mən pandemiya dövründə psixi sağlamlıq problemlərinə həsr olunmuş videokonfransda iştirak etmişəm. Bu konfransda pandemiyanın psixi sağlamlığa təsirinin qarşısının alınması üzrə 2021-2025-ci illər üçün Avropa Fəaliyyət Planı qəbul edilib.
- İnsanların psixoloji vəziyyətinə ən çox təsir edən daha bir məqam da qoxu və dadbilmənin itməsi ilə baş verən panika hallarıdır. Bu zaman nə etmək lazımdır?
- İybilmə və dadbilmənin itirilməsi KİV-də ən çox adı çəkilən COVID-19 əlamətləridir və buna görə də onların yaranması insanlarda panikaya səbəb olur. Lakin bu məsələyə tənqidi yanaşsaq, müşahidə edə bilərik ki, bir çox halda bu simptomlar keçib gedir və qoxu və dad hissiyyatı tam şəkildə bərpa olunur. Prinsipcə, bu əlamətlər saturasiyanın düşməsi və ya sitokin “hücumu” ilə müqayisədə kifayət qədər “zərərsizdir”. Nəhayət, iybilmə və dadbilmənin pozulması bir çox soyuqdəymə halları üçün xarakterikdir. Həmçinin yadda saxlamaq lazımdır ki, panika vəziyyəti qoxu və dad hissiyyatının bərpasına kömək etmir, lakin COVID-19 əlamətlərini dərinləşdirir. Bu səbəbdən də, təşviş keçirmək əvəzinə, dərhal müayinə olunmaq və ehtiyac olduqda müalicə almaq lazımdır.
- COVID-19 vaksininə qarşı insanlarda bəzən qorxu hissi hiss olunur. Bununla necə mübarizə aparmaq olar?
- Sözün düzü, mən hələ də başa düşə bilmirəm ki, insanlar vaksinasiyadan niyə qorxur. Birincisi, 3 yaşına qədər hər bir uşaq müxtəlif xəstəliklərlə bağlı ən azı 7 peyvənd olunur. Bunun sayəsində dünyada çiçək, difteriya demək olar ki, itib, vərəm, poliomielit, göyöskürək, qızılca ilə xəsətələnmə isə xeyli azalıb. İkincisi, vaksinasiyanın ağırlaşması riski ağır COVID-19 ilə xəstələnmə ehtimalını azaldır. Bundan əlavə, kollektiv immunitet əldə olunması pandemiyanın qarşısını ala bilər. Kollektiv immunitet ya insanların çoxu COVID-19 ilə xəstələnsə, ya da vaksinasiya olunsalar formalaşa bilər. İkinci variant şübhəsiz ki, daha məqsədəuyğundur. Mən məhdudlaşdırıcı tədbirlərin tərəfdarı deyiləm, lakin hesab edirəm ki, bu məsələdə prinsipiallıq göstərilməlidir. Əgər insan normal həyat yaşamaq istəyirsə, normal təhsil almaq və ya işləmək, ictimai tədbirlərdə iştirak etmək, idmanla məşğul olmaq, yığıncaqlarda görüşmək istəyirsə, məsuliyyət nümayiş etdirməli və peyvənd olunmalıdır. Əlbəttə, peyvəndləmə könüllü aparılır, bu hər kəsin sərbəst seçimidir. Lakin peyvəndləmədən imtina etdiyi halda o, evdə qalmalı və özünün və ətrafdakıların yoluxmasından yayınmalıdır.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:25
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
Bu gün, 14:49
Kamran Əliyev daha iki prokurorla bağlı əmr imzalayıb
Bu gün, 14:21
Cəlilabadda meşəlik ərazidə yanğın başlayıb
Bu gün, 13:46
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 11:43
Tələbələrin köçürülməsinə start verilir
Bu gün, 10:49
Xəstəxanaya yerləşdirilən məktəbli vəfat edib
Bu gün, 10:27
Kəlbəcərdə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Bu gün, 08:02
Mask “Starship” prototipinin onuncu uçuşunu elan edib
Dünən, 17:53
Məhkəmə yazıçıya 14 il həbs cəzası verib
Dünən, 17:33
Tiktoker Rəşad Abdullayev ev dustaqlığına buraxılıb
Dünən, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
Dünən, 10:24
Bakıda ağır qəza: ölən və yaralılar var
Dünən, 08:52
Göydələn Ginnesin Rekordlar Kitabına düşüb - Foto
13-07-2025, 16:39
Yol qəzasında 3 nəfər ölüb
13-07-2025, 13:30
Ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib - (Yenilənib)
12-07-2025, 12:18
Sabah 41 dərəcə isti olacaq - Proqnoz
12-07-2025, 10:21
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
12-07-2025, 09:21
İsmayıllı rayonunda zəlzələ olub
11-07-2025, 17:59
Yerə düşən Mars parçası satışa çıxarılır
11-07-2025, 17:47
Könül İbrahimlinin ölümü ilə bağlı cinayət işi açılıb
11-07-2025, 17:24
Bakı və daha üç bölgədə yaşıllıqlar məhv edilib
11-07-2025, 16:57
Prorektor vəzifədən azad olunub
11-07-2025, 16:06
Ekspert: “Əgər məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir"
11-07-2025, 13:03
Sabah hava necə olacaq? - Proqnoz
11-07-2025, 12:58
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
11-07-2025, 12:00
Müəllimlərin işə qəbulu: test imtahanı mərhələsi başa çatıb
11-07-2025, 11:33
Bağçalara uşaq qəbul başlayır
11-07-2025, 09:58
Şirvanda əməliyyat: saxlanılan var
10-07-2025, 23:08
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
10-07-2025, 17:51
DİN-də kollegiya iclası keçirilib
10-07-2025, 16:20
Gəncədə evdən tibb bacısının meyiti tapılıb
10-07-2025, 15:26
Emin Əmrullayev: "Vətəndaşlar, müəllimlər bizi aldatmağa çalışmasınlar"
10-07-2025, 13:48
Bəzi kondisionerlər təhlükə mənbəyinə çevrilib - Xəbərdarlıq
10-07-2025, 12:54
Bakıda iki nəfər saxlanılıb - 22 kq narkotiklə
10-07-2025, 12:23
Sabah hava necə olacaq? - Proqnoz
10-07-2025, 11:58
Məktəb direktorlarının 20 faizi məhkəmə yolu ilə vəzifəsinə bərpa olunub
10-07-2025, 11:31
Bir çörəyin taleyi - UNESCO-nun qapısındakı erməni yalanı
10-07-2025, 11:00
Nazir: “Kolleclərdə müəllim hazırlığı dayandırılıb"
10-07-2025, 10:46
Emin Əmrullayev: "Biz başa düşürük ki, proses ağırdır"