Fransa səfiri: “Azərbaycanda koronavirusa yoluxma sayı əhəmiyyətli dərəcədə azalıb”
Tarix: 22-06-2021 12:46 | Bölmə: Cəmiyyət
Fransa səfiri: “Azərbaycanda koronavirusa yoluxma sayı əhəmiyyətli dərəcədə azalıb”

“Azərbaycanda koronavirusa yoluxma sayı əhəmiyyətli dərəcədə azalıb. Ümid edək ki, əla və təhlükəsiz bir yay keçirə biləcəyik”.

Bu sözləri Fransanın Azərbaycandakı səfiri Zakari Qross tvitterdə yazıb.

Diplomat ötən gün Fransada COVID-19-a 487 nəfərin yoluxduğunu və bunun çox aşağı göstərici olduğunu qeyd edib: “Bu çox yaxşı xəbərdir”.

Z.Qross bildirib ki, Fransada hər gün 550-750 000 arasında insan aşılanır.

“Lakin biz hamımız hələ də ehtiyyatlı olmalıyıq”, - o deyib




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq