Hərbi Dəniz Qüvvələri komandanı: “Xəzərin təhlükəsizliyi yüksək səviyyədə qorunur”
Tarix: 22-06-2021 13:06 | Bölmə: Cəmiyyət
Hərbi Dəniz Qüvvələri komandanı: “Xəzərin təhlükəsizliyi yüksək səviyyədə qorunur”

“Bu gün Xəzərin təhlükəsizliyi yüksək səviyyədə qorunur”.

Bunu Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Sübhan Bəkirov deyib.

Komandan bildirib ki, Azərbaycanın əsas enerji infrastrukturları Xəzər dənizində yerləşir ki, bu da ən vacib məsələlərdən biridir: "Buna görə də hər hansı terror və diversiya əməliyyatlarının ola biləcəyini əvvəlcədən düşünərək təhlükəsizliyi daim nəzarətdə saxlayırıq. Bizim buna aid planımız və proqramlarımız var. Keçirilən təlimlər zamanı da monitorinqlərin aparılması, ərazinin həmişə müşahidə altında saxlanılması və digər tapşırıqlar yerinə yetirilir"/APA




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq