Millət vəkili: “Elektrik sayğacları ilə bağlı bizə çox sayda şikayət gəlir”
Tarix: 22-06-2021 13:14 | Bölmə: Cəmiyyət
Millət vəkili: “Elektrik sayğacları ilə bağlı bizə çox sayda şikayət gəlir”

“Energetika sistemində çox böyük problemlər var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ən böyük problem isə sayğaclarla bağlıdır: “Bununla bağlı bizə çox sayda şikayət gəlir. Yeni qanunda ağıllı sayğac anlayışından bəhs edilir. Ümumiyyətlə, aydınlıq gətirilməlidir ki, köhnə sayğaclar dəyişdiriləcəkmi?”

Deputat Sadiq Qurbanov Vahid Əhmədova cavabında bildirib ki, komitə iclasında bu məsələ qaldırılıb: “Bu gün bizim işğaldan azad olunmuş ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” anlayışları tətbiq edilir. Mənə verilən məlumata görə, Avropa standartlarına cavab verən ağıllı sayğaclar tətbiq ediləcək. Sayğacların balansını internet vasitəsilə artırmaq mümkün olacaq”/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq