Bakı şəhərinin baş planı layihəsi yekunlaşmaq üzrədir
Tarix: 22-06-2021 16:32 | Bölmə: Cəmiyyət
Bakı şəhərinin baş planı layihəsi yekunlaşmaq üzrədir

Bakı şəhərinin baş planı layihəsi yekunlaşmaq üzrədir və yaxın zamanlarda təsdiqlənəcək.

Reyting.az
xəbər verir ki, bunu Dövlət Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, paytaxtda yaşıllıq sahələri daha da artırılacaq: “Bulvar zolağının Bibiheybətə qədər uzadılması prosesinin davam etdirilməsi də layihədə yer alıb”.

A.Əkbərli bildirib ki, əhalinin artımı yaşıllıq zonalarının istasmar olunması ilə müəyyən problemlər yaradır: “Hazırda normala görə adambaşına düşən yaşıllıq 8 kvadmetr olmalıdır, lakin bunu görmürük. Yeni layihədə bu hədəfə nail olmaq planlaşdırılır. Hətta bu göstəricinin 10 faizə çatdırılmasını düşünürük”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq