Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb
Tarix: 22-06-2021 17:43 | Bölmə: Cəmiyyət
Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, müsahibə mərhələsində ümumilikdə 77 namizəd iştirak edib.

Hazırda müsahibə nəticələrinin təhlili prosesi aparılır. İyul ayının əvvəlində müsahibənin yekun nəticələri barədə namizədlərin şəxsi səhifələrində məlumatlar yerləşdiriləcək.

Qeyd edək ki, sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü qiymətləndirilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq